azia.az
azia.az

Cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz əməliyyatlar barədə

30-10-2020, 15:02

Cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz  əməliyyatlar barədə

Azia.Az xəbər verir ki, 2020-ci il 28-29 Oktyabr tarixində Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 58 (əlli səkkiz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 3 (üç) müraciət daxil olmuşdur.

Daxil olmuş 61 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Palıdlı, Qaraxanlı, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Çəmənli, İkinci Yüzbaşlı, Alıbəyli, Əfətli, Təzəkənd, Ayaq Qərvənd, Üçoğlan kəndləri, Bərdə rayonunun B.Hacıyev, Bakı, Koroğlu, Natavan, Ü.Hacıbəyov küçələri, H.Əliyev prospekti, Mirzalıbəyli kəndi, , Cəbrayıl rayonunun Soltanlı kəndi, Füzuli rayonunun Əhmədalılar, Alxanlı, Arayatlı kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu, Qızılhacılı kəndləri, Tərtər rayonunun Buruc, Düyərli, Köçərli, Ələsgərli kəndləri ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 50 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 9N235 bombacığı, 2 ədəd 122 mm-lik raket (9M22U), 225 ədəd tank əleyhinə TM-62P2 minası, 224 ədəd MVP-62 partladıcısı və 44 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.

Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket, 1 ədəd 9N235 bombacığı zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 36 045 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 29 oktyabr 2020-ci il tarixlərində 996 siqnal (əməliyyat çağırışı) əsasında 829 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilmiş, 301 ədəd partlamamış hərbi sursat (PHS), 1 627 ədəd piyada əleyhinə mina, 276 ədəd tank əleyhinə mina, 460 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 150 ədəd 9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 17 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 550 ədəd partlamış raket hissələri aşkar olunmuşdur.

Cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz  əməliyyatlar barədə

Cəbhəboyu ərazilərdə keçirilmiş təcili təxirəsalınmaz  əməliyyatlar barədə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi