azia.az
azia.az

Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlandı FOTO

19-10-2020, 10:33

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Xızı, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 22, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.
Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlandı FOTO
ANAMA-dan Musavat.com-a verilən məlumata görə, çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Hacılar, Qaraxanlı, Şənlik kəndləri, Ağdam rayonunun Alıbəyli, Füzuli rayonunun Alxanlı kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu, Ballı kəndləri, Tərtər rayonunun Buruc, Əskipara, Düyərli, Hüsənli kəndləri, Şıxarx qəsəbəsi, N.Nərimanov, Z.Tağıyev, H.Hacıyev, R.Orucov, Ş.İ.Xətai küçələri, Xızı rayonunun Sitalçay kəndi ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 21 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 2 ədəd 152 mm-lik top mərmisi (OF-29), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlandı FOTO
Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd dron zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 2 028 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi