azia.az
azia.az

Beyləqanda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının yaxınlığına mərmi düşüb

5-10-2020, 19:21


Beyləqanda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının yaxınlığına mərmi düşüb
Beyləqanda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının yaxınlığına mərmi düşüb
Azərbaycan Ordusunun zərbələri qarşısında tab gətirməyən erməni silahlı birləşmələri beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın şəhər və kəndlərini, dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 20.00 radələrində artilleriya mərmiləri təmas xəttindən xeyli aralıda yerləşən Beyləqan şəhərinin SMD-42 qəsəbəsindəki Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının yaxınlığına düşüb. Mərmi qəlpələrindən inzibati binaya zərər dəyib. Xoşbəxtlikdən binada növbədə olan əməkdaşlar xəsarət almayıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi