azia.az
azia.az

Ağcabədi rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə

8-07-2020, 16:50

Ağcabədi rayonu ərazisində keçirilmiş  təcili təxirəsalınmaz əməliyyat barədə

Azia.Az xəbər verir ki, 2020-ci il 06 İyul tarixində saat 20:16-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumatın gecə saatlarında daxil olmasını nəzərə alaraq ərazi Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınmış, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Mərkəzi Xəstəxanasının əməkdaşları cari ilin 07 iyul tarixində əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-32) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 40 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 07 iyul 2020-ci il tarixlərində 170 siqnal (əməliyyat çağırışı) əsasında 152 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 400 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 20 ədəd tank əleyhinə mina və 7 117 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 69 315 kv.m ərazi yerüstü və 9 889 kv.m ərazi yeraltı yoxlanılmışdır.

Ağcabədi rayonu ərazisində keçirilmiş  təcili təxirəsalınmaz əməliyyat barədə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi