azia.az
azia.az

23 İyun Agentlik tərəfindən Xocavənd rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə

24-06-2020, 14:09

23 İyun Agentlik tərəfindən  Xocavənd rayonu ərazisində keçirilmiş  təcili təxirəsalınmaz əməliyyat barədə

23 İyun Agentlik tərəfindən  Xocavənd rayonu ərazisində keçirilmiş  təcili təxirəsalınmaz əməliyyat barədə

23 İyun Agentlik tərəfindən  Xocavənd rayonu ərazisində keçirilmiş  təcili təxirəsalınmaz əməliyyat barədə

Azia.Az xəbər verir ki,2020-ci il 23 İyun tarixində saat 17:39-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xocavənd rayonu, Haramı düzü adlanan ərazidə 2 müxtəlif əkin sahəsində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə Xocavənd rayonu ərazisində Haramı düzü adlanan əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) və 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Minaatan və top mərmilərinin ətrafında 150 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 23 iyun 2020-ci il tarixlərində 151 siqnal (əməliyyat çağırışı) əsasında 136 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 384 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 20 ədəd tank əleyhinə mina və 6 660 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 65 615 kv.m ərazi yerüstü və 9 126 kv.m ərazi yeraltı yoxlanılmışdır.

Aybəniz Füzuli qızı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi