azia.az
azia.az

Ağdaşdakı “Şirvangöl” əxlaqsızlıq ünvanına çevrilib? - VİDEO

18-06-2020, 11:36

Ağdaşdakı “Şirvangöl” əxlaqsızlıq ünvanına çevrilib? - VİDEO
Hər kəsə bəllidir ki, Bakı-Ağdaş magistral yolunun Yevlax şəhər ərazisinə daxil olan hissəsində, daha dəqiq desək magistral yolun sağ hissəsində fəaliyyət göstərən “Şirvangöl” istirahət mərkəzində qol qoyulan çoxsaylı qanunsuzluqların, hər cür özbaşınalıqların və s. kimi addımların varlığı, bu gün də əksəriyyəti şoka salmaqdadır. Fakt budur ki, qeyd olunan ünvanda yaşanan iyrənc addımların varlığı ilə bağlı məlumatları Xezerpress.Az saytının redaksiyasına çatdıran mənbənin, hətta ətraf ərazilərdə yaşayan bəzi sakinlərin iddialarına görə, “Şirvangöl” istirahət mərkəzinin qorxusuz-təhlükəsiz fəaliyyət göstərməsinə əsas səbəb, məhz obyekt sahibinin yüksək çinli vəzifə sahibləri ilə sıx əlaqələrinin olmasıdır.

Bəli, hər kəs o haqda məlumatlıdır ki, bu gün Ağdaş rayonu ərazisində bir neçə istirahət mərkəzləri, neçə-neçə əxlaqsızlıq ünvanları olsa da, onların içərisində nədənsə “Şirvangöl” istirahət mərkəzinin adı daha çox hallanmaqdadır. Çünki, daxil olan məlumatların varlığına görə bu obyektdə hər günün axşam saatlarında xeyli sayda “müştəri” qəbul olunur və çox zaman xalqımıza məxsus əxlaqımız, milli-mənəvi dəyərlərimiz, tarix boyu yaşadılan və bugünümüzə qədər qrunub saxlanılan adət-ənənələrimiz və s. bilərəkdən tapdaqlar altına atılır. Bütün bunların kökündə də, adı çəkilən “Şirvangöl”də yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarının həyata keçirilməsi üçün lazımi şəraitin olmasıdır. Çatdırılan bəzi məlumatlara görə, adı çəkilən bu istirahət mərkəzi ikimərtəbəlidir və obyektin üst mərtəbəsində “müştərilər”in “tanışlığı” həyata keçirilir, alt mərtəbədə isə, “müştərilər”ə məxsus nəqliyyat vasitələri “parkovka olunur”. Üst mərtəbədəki otaqlarda lazımi şərait olduğundan, qiymətlər “kəllə-çarxa çıxır”. Yəni, otaqların qiyməti təqribən 150-300 manat civarında dəyişir. Adicə bu ünvanda bir şiş kabab 10 AZN-ə verilir. Onu da unutmaq olmaz ki, “Şirvangöl” istirahət mərkəzinə üz tutmaq, bu ünvanda geninə-boluna “istirahət etmək” heç də hər kəsə nəsib olmur. Çünki, söylənilənlərə görə qeyd olunan bu ünvana gətirilən “huri-mələklər” 16-17 yaş həddində olurlar ki, onların da ləzzətini “yağlı vəzifə” sahibi olanlar, rəsmi sənədlərə bir imza atmaqla büdcə vəsaitini “tarmar edənlər” və s. kimi şəxslər görürlər. Bir anlığı diqqət yetirək ki, “Şirvangöl” istirahət mərkəzi təhlükəsizlik baxımından tam təmin olunur. Yəni, bu ünvana daxil olan müştərilərə bir kimsə “qaşın üstə qara var” deyə bilmir. Belə bir səbəblər üzündən də, bu “istirahət mərkəzi”nə Ağdaş şəhəri ilə bərabər, ətraf ərazilərdən də çoxlu sayda müştəri axını davam edir.

Düşündürücü hal odur ki, “Şirvangöl”də vergidən yayınma hallarına yol verilməsi, əmək intizamının tələblərinin pozulması, obyektdə çalışan işçilərin sağlamlıq durumlarının varlığı haqda müəyyən şübhələrin baş qaldırması, hətta həmin ünvana üz tutan şəxslərin az sonra bəzi xəstəliklərə düçar olmaları haqda müəyyən çevrələrdə söz-söhbətlərin varlığıdır. Bu kimi amillərin varlığı səbəbindən, “Şirvangöl” istirahət mərkəzində hər cür qanunsuzluğa, iyrənc addımlara qol qoyulması, sanki adi məişət məsələsinə çevrilib.

Onu da qeyd edək ki, bu “istirahət mərkəzi”ndən bir qədər aralı məsafədə çoxsaylı sadə sakinlər yaşayırlar və bu ünvanda yaşanan olaylar, yerli sakinlər arasında kütləvi narazılıq hissinin baş qaldırmasına səbəb olur. Bəli, bugünə kimi neçə-neçə sakinlər redaksiyamızla əlaqə saxlayıb, qeyd olunan ünvanda yaşanan hoqqaların varlığına kəskin narazılıqlarını ifadə ediblər. Yəni, onlar vurğulayıblar ki, “obyekt rəhbərliyi gündəlik xalqımıza məxsus əxlaqımızın, milli-mənəvi dəyərlərimizin tapdaqlar altına atılmasına şərait yaradır”. Yəni, bu gün “Şirvangöl” istirahət mərkəzinin rəhbərliyini heç də xalqımıza məxsus problemlər, ümumi yaşam tərzi, gənclərin pis yollara düşmələri, qeyd olan ünvanda minbir keçici xəstəliyin olub-olmaması deyil, yalnız daha çox var-dövlət əldə etmək istəyi düşündürür. Belə bir səbəblər üzündən də, hələ ötən illər ərzində “Şirvangöl” istirahət mərkəzində qol qoyulan və bənzəri olmayan çoxsaylı biabırçılıqlarla bağlı, ayrı-ayrı mətbu orqanlarda silsilə tənqidi açıqlamalar dərc olunmuşdu. Təəssüf hissi ilə qeyd edək ki, adı çəkilən bu ünvanla bağlı hüquq-mühafizə orqanı əməkdaşları zamanında lazımi ciddi tədbirlər görmədiklərindən, hal-hazırda “Şirvangöl”ə üz tutan, yaxud da ora gətirilən “xanımlar”ın sayı çoxalır, baş verən iyrəncliklərin əhatə dairəsi genişlənməkdə davam edir. Yəni, bu ünvanda alan kim, satan kim! Bax budur “Şirvangöl” istirahət mərkəzində yaşanan ab-havanın, atılan addımların varlığı!. İndi gəlin birlikdə yaşananları müzakirə edək və gəldiyimiz qənaəti birbirimizlə bölüşək. Görəsən səbəb nədir ki, “istirahət mərkəzi” adı altında bu ünvanda qadınların cinsi istismarı həyata keçirilir, hüquq-mühafizə orqanı əməkdaşları isə, baş verənlərə bu gün də göz yummaqda davam edirlər.

Bəli, ötən illər ərzində cəmiyyətimizin müəyyən mənada deqradasiyaya uğradılmasında, gənclərimizin minbir xəstəliyin daşıyıcısına çevirilməsində, əxlaqımızın, mənəviyyatımızın korlanmasında, azyaşlıların tərbiyəsinin pozulmasında və s. adı çəkilən bu ünvanın da müstəsna rolu olub. Baxmayaraq ki, belə bir ünvanların fəaliyyət göstərmələrinə qarşı ayrı-ayrı illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması məqsədilə “Milli Fəaliyyət Planı”nın təsdiq olunub. Yəni, ölkə rəhbəri cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinin tələblərini rəhbər tutaraq müvafiq Sərəncam imzalayıb. İmzalanmış Sərəncamda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət orqanlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə üzərinə düşən beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Sərəncamla təsdiq edilmiş “Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirməsi, Nazirlər Kabinetinin isə, Sərəncamdan irəli gələn məsələləri həll etməsi qeyd olunur.

Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə “Şirvangöl” istirahət mərkəzinin rəhbərliyi və əraziyə cavabdehlik daşıyan hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində, imzalanmış Sərəncamdan irəli gələn tələblərə əməl olunmadığı açıq-aşkar görünür. O halda sual oluna bilər ki, ortada ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncam və sərəncamdan irəli gələn tələblər olsa da, səbəb nədir ki, həmin tələblərə heç bir halda əməl olunmur?. Axı hər kəs qanuna, qanunun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir.

P.S. Hörmətli oxucular! Çox yaxın vaxtlarda “Şirvangöl” istirahət mərkəzində kimə məxsus olması və adı çəkilən bu ünvanda gündəlik yaşanan biabırçılıqlar haqda geniş açıqlanalarla çıxış edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.

Problemlərin varlığını diqqətdə saxlayacağıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi