azia.az
azia.az

Özü şantajçı hacı, oğlu isə narkotik alverçisi, digər oğlu da dövlət qulluqçusu - GƏLİŞMƏ

28-05-2020, 12:27




 Özü şantajçı hacı, oğlu isə narkotik alverçisi, digər oğlu da dövlət qulluqçusu - GƏLİŞMƏ
Özü şantajçı hacı, oğlu isə narkotik alverçisi, digər oğlu da dövlət qulluqçusu - GƏLİŞMƏ
Xatırlayırsınızsa, ötən həftə saytımız (RealMedia.az-red)Beyləqanda PETrolçu hacı İlqar İmamverdi oğlu Məmmədovun vicdanlı vergi ödəyicisi olmaması, sahibi olduğu yanacaq doldurma məntəqələrində vergidən yayınma hallarına görə məsuliyyətdən yaxa qurtarmaq üçün ərazi vergi orqanının vəzifəli şəxslərinə qarşı şantaja əl atdığı barədə oxuculara məlumat vermişdi. Beyləqandakı etibarlı mənbəmizin redaksiyamıza verdiyi məlumata görə artıq tamahlılığı ucbatından rəvac verdiyi qanunsuzlaqlara görə layiqli cəzasını almayan Hacı İlqarın ambisiyaları təsəvvür olunmayacaq qədər uzaq hədəflərə istiqamətlənib. Belə ki, hacı öz üç oğlundan Amil adlı (hacının yanacaq doldurma məntəqələrindən biri – “Amil Petrol” məhz həmin oğlunun adını daşıyır-red.) birini hazırda daşıdığı Beyləqan Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsindən irəli çəkdirib başçısının sabiq müavini Məhəmməd Qələndərovun hələlik boş qalan kreslosunda oturtmaq istəyir. Mənbənin bildirdiyinə görə, hacı bu məqsədinə nail olmaq üçün nüfuzlu şəxslərin kabinetlərinin arxa qapılarından girib-çıxıb, yaxın günlərdə məsələ reallaşmaq üzrədir.
Hacı digər oğlunu da Prezident yanında Dövlət İdarəçilik Akademiyasında oxudur və öz haram pulları ilə ona da karyera yüksəlişi təmin etmək fikrindədir.
Amma oğul Məmmədovlardan üçüncüsü necə deyərlər, “zay çıxıb”. Kiçik oğul narkotik üstündə həbs olunub, barəsində məhkəmə hökm də çıxarıb. Di gəl, hacının güclü əlaqələri və başqa təsir vasitələri hesabına narkoman oğul “içəridə” oturmayıb, sərbəst buraxılıb. Məlumatda qeyd olunur ki, indiyədək Amil Məmmədovun vəzifədə irəli çəkilməsi yolunda duran əsas əngəl də məhz kiçik qardaşının yaramazlığı, daşıdığı soyada başucalığı gətirməyən zərərli vərdişləri olub. Görünür, hacı bu kriteriləri dəyərləndirmək vəzifəsi daşıyan şəxslərə elə bir cazibədar təkliflər edib ki, vaz keçə bilməyiblər, dövlət qulluqçusunun məhkumluğu olan qohumunun olduğuna, adını daşıyan sahibkarlıq subyektinin mövcudluğuna göz yummaq qərarına gəliblər.
Daş atdığı şeytanla dostluq edən Hacı İlqar Məmmədovun müstəqilliyimizin ilk illərində Vətənin, xalqın, dövlətin mənafeyini öz şəxsi maraqlarına qurban verməsinə dair əlimizdə olan məlumatları da yaxın vaxtlarda ictimailəşdirmək fikrindəyik. O halda məlum olacaq ki, hacının oğulları elə dünyaya göz açan gündən haram tikə ilə böyüyüblər. Yoxsa, böyüyüb şəxsiyyət olandan sonra layiq olmadıqları, atanın çirkli gəlirləri hesabına əldə olunan üstün imtiyazları rahatlıqla həzm etməzdilər. (RealMedia.az)
Teref.az olaraq yuxarıda qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi