azia.az
azia.az

Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?

18-05-2020, 18:47

Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?
Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?
Rüşvət və korrupsiayaya qarşı mübarizə çərçivəsində məmur həbslərinin davamı olacaq. ANAXEBER.info-nun məlumatına görə, bu və ya digər səbəbdən elan edilən islahatlara uyğun fəaliyyət göstərə bilməyən məmurların bir çoxunu həbs təhlükəsiz gözləyir. Xüsusilə, koronavirus pandemiyası dövründə, eyni zamanda Prezident Ilham Əliyevin xəbərdarlığından sonra yenə də qanunsuz əməllərlə məşğul olan məmurlara heç bir güzəşt edilməyəcək. Hətta onları məsuliyyətdən yayındırmaq istəyən, hansısa formada dəstək verən himayədarları da cəzalandırıla bilər. Bu, Prezident səviyyəsində bəyan edilib. “Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksək vəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi”, - deyə ölkə başçısı vurğulayıb.Hələlik əsas diqqət yerli icra hakimiyyətlərinə yönəldilib. Doğrudur, DTX artıq mərkəzi icra hakimiyyətlərində də əməliyyatlara başlayıb, Mədniyyət Nazirliyində, Dövlət Sərhəd Xidmətində (DSX) həbslər həyata keçirilib. Amma müşahidələr göstərir ki, rüşvət və korrupsiyaya qarşı mübarizədə yerli icra hakimiyyətlərində təmizləmələrin aparılması xüsusi yer tutur. Bu günə qədər 4 icra başçısı vəzifə başında həbs edilib. Bunlar Ağstafa, Neftçala, Biləsuvar və İmişlinin icra başçılarıdır. Sosial şəbəkələrdə gedən müzakirələrdə və mətbuatda yayılan informasiyalardan belə nəticəyə gəlmək olur növbəti hədəf Salyanın icra başçısı Sevindik Hətəmov ola bilər. O, 2016-cı ildən Salyana rəhbərlik edir. Bundan əvvəl isə 4 il (2012-2016) Yardımlının icra başçısı vəzifəsində çalışıb. Sevindik Hətəmov daha çox narazılıq edilən icra başçılarındadndır. O hələ Yardımlının icra başçısı olanda rayonu bərbad vəziyyətə salması barədə məlumatlar mətbuat səhiflərində ağırlıq təşkil edirdi. Salyanın icra başçısı olduqdan sonra da onun fəaliyyəti barədə neqativ xəbərlər səngimədi. Bir neçə ay əvvəl isə məlumat yayılmışdı ki, Sevindik Hətəmovla birinci müavini Etibar Hüseynov arasında qarşıdurma yaranıb.İddia olunurdu ki, qarşıdurmanın kökündə icra başçısının birinci müavini vəzifədən uzaqlaşdırmaq istəyi dayanır. Bu qarşıdurmanın fevralın 9-da keçirilən növbədənkənar seçkilərindən sonra daha da kəskinləşdiyi bildirilir. Mediada gedən xəbərlərə görə, Sevindik Hətəmov rayondakı qanunsuzluqların müəllifi kimi Etibar Hüseynovu göstərir. Lakin Azərbaycan reallığında icra başçısının göstərişi olmadan onun tabeliyindən çalışan şəxslərin hər hansı addım atması inandırıcı görünmür. Ehtimal olunur ki, Sevindik Hətəmov növbənin ona da çatacağını düşündüyündən bəribaşdan məsuliyyəti üzərindən atmağa çalışır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi