azia.az
azia.az

Füzuli icra başçısının "Elvin-2013 MMC" PUL MAKİNASI - rayon Kommunal Müəssisələri Kombinatında NƏ BAŞ VERİR?

22-05-2020, 14:29


Füzuli icra başçısının "Elvin-2013 MMC" PUL MAKİNASI - rayon Kommunal Müəssisələri Kombinatında NƏ BAŞ VERİR?
Füzuli icra başçısının "Elvin-2013 MMC" PUL MAKİNASI - rayon Kommunal Müəssisələri Kombinatında NƏ BAŞ VERİR?
Füzuli rayon İcra Hakimiyyəti başçısının rayon Kommunal Müəssisələri Kombinatında saxtakarlıqlar və inanılmaz yeyintilər üzə çıxıb.

Xeberfakt.az -ın məlumatına görə, daxil olan şikayət məktubunda icra başçısı A.Alıyevin Kommunal Müəssisələri Kombinatı vasitəsi ilə milyonlar mənimsədiyi bildirilir.

İddia olunur ki, icra başçısı bu koorrupsiya zəncirini əlində saxlamaq üçün köməkçilərindən biri olan yaxın qohumu Elvinin adına "Elvin MMC" yaradaraq adı var özü yox işçilər adından aşağıda göstərilən müəssisədə müdhiş yeyintilər həyata keçirilib.

Elvin-2013 MMC -nin həyata keçirdiyi işlərin summasını təqdim edirik:

Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli rayon Yaşıllaşdırma işlərinin satın alınması Elvin-2013 MMC
summa - 45000.00

Füzuli rayon İcra Hakimiyyəti Soba (odun) yanacağının, Digər maşın və avadanlıqların, idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması Elvin 2013 MMC
summa - 31800.00

Füzuli Rayon İcra Hakimiyyəti Füzuli rayonunun Horadiz şəhərində Gənclər prospektində yolda təmir işlərinin satın alınması Elvin-2013 MMC
summa - 118762.00

Füzuli rayon İcra Hakimiyyəti İnventar və avadanlıqların satın alınması Elvin 2013 MMC
summa - 26000.00

Qeyd edək ki, Elvin-2013 MMC həyata keçirdiyi son illərin göstəriciləri gizlədilərək şişirdilmiş rəqəmlərlə, adı var özü yox işçi kartları ilə hyata keçirilib. Məlumata görə icra başçısı bütün bunları özünə yaxın banklardan birinin vasitəsi Elvin-2013 MMC-lə əldə edib.

Göründüyü kimi Füzuli rayonunda da DTX-nin və ya başqa hüquq-mühafizə orqanının əməliyyat keçirməsi labütdür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi