azia.az
azia.az

Sakinlər: "İcra nümayəndəsi yardımı öz qohum-əqrəbasına paylayır" - VİDEO + AÇIQLAMA

22-05-2020, 14:29

Sakinlər: "İcra nümayəndəsi yardımı öz qohum-əqrəbasına paylayır" - VİDEO + AÇIQLAMA
Ağstafa rayonunun Yuxarı Göycəli kəndində yaşayan bir qrup sakin Göycəli kənd İƏD üzrə nümayəndəsi Yasin Əhmədovdan Prezident İlham Əliyevə şikayət ediblər.
Sakinlər: "İcra nümayəndəsi yardımı öz qohum-əqrəbasına paylayır" - VİDEO + AÇIQLAMA
Teref.az "yenisabah"a istinadla xəbər verir ki, onlar Y.Əhmədovun karantin müddətində aztəminatlı ailələr üçün ayrılan vəsaiti ayrı-seçkilik edərək qohum-qardaşlarına verdiyini iddia edirlər. O, həmçinin bir neçə kənd sakininə saxta arayış verərək Bakıya yollayıb.

Həmin müraciəti təqdim edirik:


"Biz, Məhərrəmova Nazangül, Məhərrəmov Səyyad, Məmmədov Rasim Ağstafa rayon Yuxarı Göycəli kənd nümayəndəsi Yasin Əhmədovdan şikayətçiyik. Kənd nümayəndəsi aztəminatlı ailələr üçün nəzərdə tutulmuş yardımı mənimsəyir. Kəndə aztəminatlı ailələrə paylanması üçün göndərilən yardımı kənd nümayəndəsi öz qohum-əqrəbasına və evinə paylayıb. Bundan başqa o, karantin müddətində bir neçə kənd sakininə saxta arayış verərək Bakı şəhərinə yola salıb. Biz cənab Prezidentə müraciət edib demək istəyirik ki, kənd nümayəndəliyi kasıbların payını hər dəfə bir bəhanə edərək paylamır, xahiş edirik kəndə bu məsələ araşdırılması üçün lazımi şəxslər göndərilsin".

Kənd sakinlərinin şikayəti ilə bağlı Yasin Əhmədovun da münasibətini öyrəndik. Kənd nümayəndəsi saytımıza açıqlamasında iddiaların yalan olduğunu bildirdi:

"Bu iddiaların hamısı yalandır. Kənd sakinləri məni şantaj edirlər, belə bir şey olmayıb. Heç bundan sonra da ola bilməz. Əgər sözlərimə inanmırsınızsa, gəlib yerindəcə araşdırma aparıla bilər".[media=https://ok.ru/video/1677081578090]
Video bu linkdədir: My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi