azia.az
azia.az

Susuz qalan Qobustan rayonu Təklə Mirzəbaba kənd sakinləri Prezidentə müraciət etdilər

1-08-2019, 19:01

Susuz qalan Qobustan rayonu Təklə Mirzəbaba kənd sakinləri Prezidentə müraciət etdilər
“Bir neçə ailənin “ərköyünlüyü” bütöv bir kəndi susuz qoyub, kəndin yeganə içməli su təchizatı olan bulaq tamamilə quruyub”
Qobustan rayonu Təklə Mirzəbaba kəndinin sakinləri Rubrika.az saytı vasitəsilə ölkə başçısı Cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək kömək istəyirlər. Müraciəti diqqətinizə çatdırırıq:

"Hörmətli cənab Prezident!

Bu gün ölkəmizdə sizin rəhbərliyiniz altında bütün sahələrdə böyük inkişaf müşahidə olunur. Respublikamızın hər qarışı dəyişilir, gözəlləşir, abadlıq-quruculuq işləri gündən-günə sürətlənir. Qısa müddət ərzində dövlətimiz dünyada söz sahibinə çevrilib, regionda lider dövlət statusunu qazanıb. Bütün bunlar bizim hər birimizi qürurlandırır, vətənimizin inkişafı ilə fəxr edirik. Siz və Mehriban xanım hər bir vətəndaşın problemi ilə maraqlanır, onun həllinə nail olursunuz. Biz də Təklə Mirzəbaba kənd sakinləri olaraq sizə müraciət edir, kəndimizin problemlərinni həllinə köməklik etmənizi xahiş edirik.

Cənab Prezident! Yayın bu qızmar günlərində Təklə Mirzəbaba kəndinin sakinləri sözün həqiqi mənasında əsl cəhənnəm əzabı çəkirlər. Bir neçə ailənin “ərköyünlüyü” bütöv bir kəndi susuz qoyub, kəndin yeganə içməli su təchizatı olan bulaq tamail’ quruyub. Belə ki, kənddə yeganə içməli su qaynağı olan “Qoca bulağı” adlanan bulağın mənbəyinin üzərində yay aylarında burada istirahət etmək üçün ev tikən. kənd sakinlərindən olmayan 3 ailə həyətlərində artezian quyu qazdırıblar. Məhz həmin quyuların qazılmasından sonra bulaqların mənbəyi itmiş,nəticədə kəndin içməli su təchizatı tamamilə dayanmışdır. Hal hazırda kənddə faciəli vəziyyət hökm sürür. Şəxsi avtomobilləri olanlar qonşu kəndlərdən su gətirməyə məcbur olurlar. İmkanı olmayanlar isə bir udum su üçün qonşulara, qohumlara üz tuturlar. Artıq kənddə vəziyyət dözülməz hal alıb. Rayon rəhbərliyi,əlaqədar qurumlar məsələni diqqətdə saxlasalar da problemin həlli üçün qüvvələr kifayət etmir. Kənd bulaqlarının mənbəyinin bərpası üçün tezliklə kifayət qədər texnika, mütəxxəsis cəlb olunmazsa vəziyyət daha da acınacaqlı hal ala bilər. Böyük bir kənd tamailə susuz qalıb, 3 ailənin “mədəni istirahəti” naminə fəlakətlə üzləşib.

Cənab Prezident!

Siz “mən hər bir azərbaycanlının prezidentiyəm” deyərək hər bir ölkə vətəndaşına dayaq, kömək olmusunuz. Bu gün Təklə Mirzəbaba kəndi faciə ilə üz-üzədir.. Kənd camaatı içməyə su tapmır. Xahiş edirik ki, əlaqədar qurumlara təcili olaraq vəziyyətə müdaxilə etmək, böyük bir camaatı bu fəlakətdən xilas etmək üçün əməli addımlar atmaq barədə göstəriş verəsiniz. Atalar “su həyatdır” deyiblər. Bizim isə həyatımıza son qoyulub. Sizin iradənizə və qətiyyətinizə inanırıq. Hər zaman sizi dəstəkləyən Təklə Mirzəbaba kəndini bu çətin vəziyyətdən xilas edin. Öncədən sizə minnətdarıq!"

Rubrika.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi