azia.az
azia.az

Lerikdə yoxlamalar başladı – Rövşən Bağırov həbs oluna bilər

23-09-2021, 14:09


Lerikin keçmiş icra başçısı Rövşən Bağırov və birinci müavin Cəlil Baxşiyevin fəaliyyəti araşdırılır. JAMAZ.info-ya daxil olan məlumata görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları artıq Lerikdədir.
Lerikdə yoxlamalar başladı – Rövşən Bağırov həbs oluna bilər
Qeyd edək ki, Rövşən Bağırov 15 il rayona rəhbərlik edib. Cəlil Baxşıyev isə hələ də postundadır. Bu müddət ərzində adıçəkilən şəxslərin Lerikin sosial-iqtisadi inkişafı üçün ayrılan vəsaitləri qaranlıq məqsədlərə xərcləyib. İddialara görə, araşdırmalar nəticəsində Rövşən Bağırovla Cəlil Baxşıyevin korrupsiya əməliyyatları üzə çıxacağı təqdirdə adıçəkilən şəxslərin həsb oluna biləcəyi ehtimal olunur. Həmçinin mənimsənilən vəsaitlərin geri qaytarılacağı da bildirilir.

Məlumatlarda deyilir ki, hazırda Rövşən Bağırovla Cəlil Baxşıyev təşviş içindədirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi