azia.az
azia.az

İmişlidəki Asfalt Zavodunun direktorunun adı DTX-nın həbs etdiyi Vilyam Hacıyevlə birgə çəkilir - FOTO

22-05-2020, 14:29




İmişlidəki Asfalt Zavodunun direktorunun adı DTX-nın həbs etdiyi Vilyam Hacıyevlə birgə çəkilir - FOTO
Bolgexeber.com-a İmişlidəki ORİON-E MMC-nin- Asfalt Zavodunun direktoru Şükür Aslanov haqda ilginc məlumatlar daxil olub.Məlumatda bildirlir ki, Şükür Aslanov bir neçə gün bundan qabaq həbs olunun İmişli rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Vilyam Hacıyevin bir sıra korrupsiya layihələrində iştirakçı olub.
İmişlidəki Asfalt Zavodunun direktorunun adı DTX-nın həbs etdiyi Vilyam Hacıyevlə birgə çəkilir - FOTO
Qeyd edək ki,“ORİON”-E MMC 2003-cü ilin sonlarından fəaliyyətə başlayıb. ORİON”-E MMC -nin fəaliyyətinin əsasını qum-çınqıl istehsalı, yolların və binaların tikintisi təşkil edir.

Bolgexeber.com bildirir ki,böyük varidat əldə etməyə nail olan Şükür Aslanov əvvəllər “”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi olub.İmişli Asfalt Zavodunun direktoru, rayonda böyük biznes şəbəkəsinin olması ilə tanınır.
İmişlidəki Asfalt Zavodunun direktorunun adı DTX-nın həbs etdiyi Vilyam Hacıyevlə birgə çəkilir - FOTO
Medianın gündəmindən düşməyən bu şəxs bir müddət öncə “”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi olan vaxt İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin paytaxtda keçirilən dəbdəbəli toyuna yazdırdığı 5000 min manat nəmərlə gündəmi zəbt etmişdi.Deyilənə görə İcra hakimiyyətinin başçısı ilə münasibətlərindən ekstaza gələn idarə rəisi əlavə olaraq, yazdıqdığı məbləğin bir neçə qat miqdarında da həmin toyda pul xərcləyib.

Bildirilir ki,İmişlidə həyata keçirilən tiktinti,yol çəkilişləri,abadlıq işləri ,çoxsaylı dövlət layihələri çoxu Vilyam Hacıyev tərəfindən qanunsuz olaraq məhz onun şirkətinə tapşırılıb ,yönləndirilib və onun adı bir çox büdcə yeyintilərində ,”otkat” əməliyytlarında Vilyam Hacıyevlə birgə çəkilir.Onun Vilyam Hacıyevlə yaxın münasibətdə olması bildirlir.

Bunlardan başqa əldə edilən məlumata görə, Şükür Aslanov Bəhrəmtəpə yolunda dəyəri 500 000 olan iki mərtəbəli “Qonaq Evi” tikdirib.

Xatırladaq ki,bir neçə gün əvvəl DTX-nın keçirdiyi əməliyyat zamanı həbs olunan İmişli rayonunun icra başçısı Vilyam Hacıyev məhkəmə qarşısına çıxarılıb. Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 3 maddəsi üzrə cinayət işi açılıb. Həmin ittihamlar rüşvətalma, vəzifə səlahiyyətlərini aşma və mənimsəmə kimi cinayət əməllərini ehtiva edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi