azia.az
azia.az

Ramiz Mehdiyevin vəzifədə olan qohumları… - İLGİNC SİYAHI

24-02-2021, 01:47

Bir neçə il əvvələdək Azərbaycanda medianın fəaliyyəti ilə bağlı qeyri-rəsmi olaraq “qırmızı xətt” mövcud idi. Belə ki, Prezident Administrasiyasından verilən təlimatlara görə, ölkədə iki məmur “toxunulmaz” idi, jurnalistlər qalan hər biri məmuru istədiyi qədər tənqid edə bilərdi. Söhbət Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və Prezidentin keçmiş köməkçisi Əli Həsənovdan gedir. Hansı ki, nə qədər qəribə olsa da, bu məmurlar xaricində istənilən məmuru, hətta prezidenti belə tənqid etmək sərbəst idi.
Ramiz Mehdiyevin vəzifədə olan qohumları… - İLGİNC SİYAHI
Şübhəsiz, elə bu səbəbdən də adıçəkilən məmurlar vəzifədə olduğu dönəmdə onların əleyhinə yerli mediada nadir hallarda məqalələr dərc olunardı. Bu zaman isə həmin yazıların müəlliflərinin çox sərt təpkilərlə qarşılaşdığı, hətta bir neçə nəfərin qondarma ittihamlarla həbs olunduğu da sirr deyil.

Təbii ki, belə bir vəziyyətdə isə yalnız xaricdə olan media nümayəndələri istər Ramiz Mehdiyev, istər də Əli Həsənov haqqında faktları cəmiyyətə ötürürdülər. Onların oxucu auditoriyası isə çox geniş olmadığından və bir sıra media orqanlarının ölkədə yayımı bloklandığından, həmin məmurlar haqda bir çox gerçəklər cəmiyyətdən gizli qalmışdı. Hansı ki, onlar vəzifədən uzaqlaşdırılandan sonra, artıq bu faktlar mediayaya ayaq açmaqdadır…

Məsələn, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev vəzifədə olduğu dönəmdə onun milyardlarla dollarlıq ailə biznesi, bahalı mülkləri, eləcə də vəzifədə çoxasylı qohum-əqrabasının olduğu haqda faktlar az adama bəlli idi. İndi isə məlum olur ki, sən demə, Ramiz Mehdiyev illərdir adları mətbuatın dilindən düşməyən oliqarx-məmurların bir çoxundan daha çox sərvət toplayıb. Eləcə də, əksər yüksək rütbəli məmurlar kimi, o da bütün qohum-əqrəbasını vəzifələrə doldurub. Bu fikirmizi təsdiq etmək üçün R.Mehdiyevin birdən-birə diplom alıb, dövlət vəzifələrinə yüksələn bəzi qohumlarının siyahısını dəyərli oxucularımızın diqqətinə çatdıraq:

- Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi:
- Mehdiyev Nəriman Hüseynqulu oğlu – Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi (Ramiz Mehdiyevin qardaşı oğlu);
- Mehdiyev Mərdan Hüseynqulu oğlu – Bakı Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət Bölüyünün komandiri;
- Mehdiyev Elvin Xanlar oğlu – Gömrük Komitəsində daxili xidmət polkovnik-leytenantı, rəis;
- Mehdiyev Zahid Arif oğlu – Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri;

Belə iddialar da var ki, Ramiz Mehdiyevin ən çox etibar etdiyi qardaşı oğlu Telman Mehdiyev vasitəsilə, onun da bəzi qohumları dövlət qurumlarına, xüsusən də hüquq-mühafizə orqanlarına yerləşdirilib.

T.Mehdiyevin qayınları:

- İlham Ağa oğlu Mahmudov – Suraxanı rayonunun uzunmüddətli sabiq məhkəmə sədri:
- Fikrət Ağa oğlu Mahmudov – Nərimanov rayon Məhkəməsinin sabiq hakimi;
- Emin Ağa oğlu Mahmudov – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq şöbə müdiri.

Qeyd edək ki, hazırda bu şəxslər ya başqa rayonlarda hakim, prokuror işləyir, ya da yüksək pensiya alırlar.

Ramiz Mehdiyevin hüquq-mühafizə orqanlarına yerləşdirdiyi və sayı bilinməyən qohumları da az deyil. Məlumat üçün bildirək ki, özlərinə gözəl həyat yaradan bu şəxslər sonradan pensiyaya çıxmağa üstünlük veriblər. Bunların bəzilər aşağıdakılardır:

- Əhmədov Çingiz İsgəndər oğlu;
- Əhmədov Oqtay İsgəndər oğlu;
- Əhmədov Ələkbər İsgəndər oğlu;
- Əhmədov Elçin Hümbət oğlu;

Bütün bunlar isə onu deməyə əsas verir ki, Mehdiyevin ətrafından birləşən bu şəbəkə zəncirvari olaraq bir-birini bütün dövlət strukturlarına yerləşdirib və zamanla möhkəmləniblər.

Onu da qeyd edək ki, yuxarıda adlarını sadaladığımız şəxslərin kimliyini qısa araşıdırma nəticəsində ortaya çıxardıq. Bununla yanaşı, mətbuata bəlli olan bir sıra faktlar da var. Məsələn, R.Mehdiyevin övladlarının yüksək vəzifələrdə çalışması, kürəkəninin deputat olması və s. Odur ki, yaxın günlərdə Mehdiyev şəbəkəsinə daxil olan bütün şəxslər barəsində araşdırma aparıb, onların kimliyi və qanunsuz əməlləri ilə bağlı geniş yazı təqdim edəcəyik. Bizi izləyin. //hurriyyet.org//


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi