azia.az
azia.az

SOCAR-da Mikayıl İsmayılov “fenomeni”: “Cadillac”, tikinti şirkətləri, imarətlər, bahalı otellər və…

11-02-2021, 18:45


Azərbaycanda yüksək vəzifə tutmuş əksər məmurlar, xüsusən “köhnədən qalmalar”ın adları bir-bir korrupsiya, böyük biznes və ya bahalı mülklər məsələlərində ortaya çıxmağa başlayıb. Vəziyyətin acınacaqlı tərəfi odur ki, ortaya çıxın bu faktlarda ölkəyə milyardlarla zərər vurulub, lakin bununla bağlı heç bir tədbir görülməyib.
SOCAR-da Mikayıl İsmayılov “fenomeni”: “Cadillac”, tikinti şirkətləri, imarətlər, bahalı otellər və…
Bu günlərdə belə bahalı mülklər sahiblərindən daha birinin adı gündəmə gəlmişdi. Söhbət SOCAR-da 16 ildir vitse-prezident olaraq çalışan, əslində isə şirkətin “maliyyə Bossu” sayılan Mikayıl İsmayılovdan gedir. JAMAZ.İNFO xəbər verir ki, İsmayılov uzun illərdən bəri bir çox maliyyə məsələlərinə qarşımaqla, böyük maddi imkanlar əldə edib. Bu barədə yerli mediada yazılanlardan aydın olan odur ki, vitse-prezident heç də nazirlərdən fərqlənməyəcək qədər məmur-oliqarxdır.

Bir qəsəbədə 5 imarət

Qeyd edək ki, Mikayıl İsmayılovun təkcə, Türkan qəsəbəsində bir neçə villasının olduğu artıq peyk görüntüləri ilə təsdiqlənir. Həmin imarətləri 6 metr hündürlyündə hasarla əhatələndirən sözügedən şəxs, əraziyə kimsənin girməsinə icazə vermir.

JAMAZ.İNFO bildirir ki, hasarın dəniz tərəfində, 3 hektarlıq ərazidə, oliqarx neftçi, ailə üzvlərinin hamısı üçün 5 imarət ucaldıb. “İmarətlərin hər birinə milyonlarla manat xərcləyən Mikayıl İsmayılov həmçinin dənizin bir hissəsini də həyətinə salıb. Villada həm yaxtalar üçün liman, həm tennis meydançası, həm də hovuz mövcuddur. Mikayıl İsmayılov işini etibarlı tutaraq, villanı oğlu Orxan İsmayılzadənin adına rəsmiləşdirib.

Amma xəbərlərdən və gələn məlumatlardan belə anlaşılır ki, belə imarətlərin sayı Bakıda çoxdur. Blogger-jurnalist Həbib Müntəzir bununla bağlı iddia edir ki, sözügedən məmurun Bakıda daha 4 villası var və onlarla bağlı daha bir araşdırma aparıb.

“Cadillac” və “Chevrolet”dəki pay

JAMAZ.İNFO-nun apardığı araşdırmalar nəticəsində məlum olub ki, SOCAR-da maliyyə-təsərrüfat işlərinə cavabdeh olan İsmayılov təkcə, villa sahibi deyil. Onun həmçinin, digər məmurlar kimi, böyük biznes sahəlari də var.

Aadətən iri məmurlar öz pullarını biznesə qoyaraq, daha çox qazanmağa çalışırlar. SOCAR-ın vitse-prezidenti də bu sıradadır. Onun “Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan”da pay sahibi olduğu deyilir. Bu sahədə onun şəriki isə adı bir çox qalmaqallarda hallanmış Chevrolet və Cadillac brendlərinin Azərbaycandakı yeganə rəsmi dileri “Performance Center” şirkətinin rəhbəri, “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrini icra edən “Melissa Group” şirkəti də Qalib Məmmədovdur. O Qalib Məmmədov ki, “Collezione Italia” şirkəti, “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, Elektrik və elektronik məhsulların satışı dükanları və bir neçə çörək zavodlarının da shibidir.

Məlumatlarda qeyd edilir ki, Mikayıl İsmayılovla Qalib Məmmədovun yolları xeyli əvvəl kəsişib və bundan sonra onlar ortaq biznes quraraq, işlərini böyütməyə başlayıblar. Hazırda da şəriklər bir çox bahalı layihələr həyata keçirərək, büdcələrini doldurmaqla məşğuldurlar.

SOCAR-ın avtomobil parkında nə baş verir?

Amma məsələ təkcə bununla bitmir. Mikayıl İsmayılov biznesini elə SOCAR-ın içinə daşıyıb. Belə ki, SOCAR-ın avtomobil parkı hazırda onun tam nəzarətindədir. 1000-dən çox avtomobili olan həmin parkda nələrin baş verdiyini isə işçilər zaman-zaman dilə gətirirlər.

İlk mərhələdə məsələ odur ki, şirkətdə çalışan hər bir rəhbər işçi “Cadillac” və “Chevrolet” markalı bahalı xidməti maşınla gəzməlidir. Həmin maşınların alışı zamanı qiymət artımına gedilməsi sir deyil. Amma proses bununla yekunlaşmır. Həmin avtomobillərə texniki xidmətin göstərilməsi, ehtiyat hissələrinin alınması və sairə işlər əlavə qazanc mənbələridir.

Lakin SOCAR-ın avtomobil parkında başqa hadisələr də cərəyan edir. Məsələ belədir ki, şirkətin yüklərini daşıyan, logistic xidmət göstərən avtomobilləri həm baha qiymətə hesablanaraq, alınıb, həm də onların təmiri məsələsində yaşanan vəziyyət narazılığa gətirib çıxarıb. JAMAZ.İNFO-ya daxil olan məlumata görə, şirkətin balansında olan yüngül və ağır tonnajlı maşınlar xarab olduqda və ya hansısa ehtiyat hissələrini dəyişmək lazım gəldikdə, park rəhbərliyi bunu özünə qazanc mənbəyinə çevirir. Əvvəla, həmin avtomobilin “silinməsi” daha əlverişli hesab olunur. Çünki bu daha gəlirli işdir. Lakin parkdakı maşınların hamısını istismara yarasız adı ilə silmək imkansız məsələdir.

Ona görə də, Mikayıl İsmayılovun qoyduğu qaydalara əsasən avtomobilin təmirini sürücü özü həyata keçirməli, aldığı ehtiyat hissələrinin pulunu ödəməklə yanaşı, qaimə-fakturaya yazılan rəqəmi təsdiqləməlidir. Əəks təqdirdə, işçiyə qapını göstərib, birdəfəlik yola salırlar.

Qeyd edək ki, bu, olduqca gəlirli bir “biznesdir”. Parkda 1000-dən çox avtomobil var və ildə heç olmasa onların 1/3 hissəsi xarab ola bilər. Hər maşına orta hesabla 1000 manatlıq ehtiyat hissələri “satmaq”, ildə 20-30 maşını “istismara yararsız” adı ilə silmək, İsmayılova milyonlarla manat qazanc gətirməmiş deyil. Lakin…

Motor yağları biznesi

Lakin odur ki, Mikayıl İsmayılovun pul qazanmaq həvəsi bunlarla yekunlaşmır. JAMAZ.İNFO-nun əldə etdiyi məlumatlardan aydın olur ki, SOCAR-ın vitse-prezidenti Azərbaycana gətirilən bir çox motor yağlarının da biznesini yarada bilib. “Repsol”, “Dew”, “Ekcellent” və “Maqnium” adlı motor yağlarının Azərbaycanda satışını da məhz İsmayılovun şirkəti həyata keçirir.

Elə bu səbəbdən də “Cadillac” və “Chevrolet” firmalarının texniki xidmət şöbələrində, SOCAR-ın avtomobil parkında, habelə İsmayılova məxsus olan ”MODERN HOSPİTAL”ın maşınlarında mütləq və mütləq sözügedən motor yağlarından istifadə olunmalıdır.

12 milyonluq qalmaqal, yuxarılara uzanan əl və…

Aydın məsələdir ki, İsmayılov bununla özünə illərdir böyük bizneslər qurub. Və şübhəsiz ki, həmin biznesin qaynağı büdcə vəsaitləridir. Üstəlik, bəzi dairələrdə böyük hörmətə sahib olması, hətta sabiq köməkçi Əli Həsənova qədər yaxşı münasibətlər quraraq, sözünün keçməsi onun illərdən bəri əl-qolunu rahatca sallayaraq, hərəkət etməsini təmin edib.

Məhz bu əlaqə və maddi imkanların hesabınadır ki, SOCAR kimi bir qurumun vitse-prezidentinin adı 12 milyon manatlıq dələduzluq qalmaqlına qarışır, amma hanısas “sehirli əl” onu vəziyyətdən çıxarır.

Belə ki, hələ bir xeyli əvvəl Ceyhun Vaqif oğlu Canıyevin dələduzluq cinyəti ilə bağlı məhkəmə işində SOCAR-ın vitse-prezidentinin də adı çəkilirdi. Həmin məlumata görə, 2016-cı ildə Samir Verdiyev Mikayıl İsmayılovun “sağ əli” sayılan Ceyhun Canıyev adlı bir şəxsdən şikayətçi düşüb. İş adamının sözlərinə görə, Ceyhun Canıyev ondan 350 min dollar alaraq, SOCAR-da tenderə salacağını vəd edib. Ancaq vədinə əməl etməyib. Şikayətçinin dediyinə görə, Canıyev Ceyhun Vaqif oğlu “Vita1000” meyvələri şirkətinin və “Modern Group” şirkətlər qrupunun payçısı olaraq Mikayıl İsmayılovu həmin şirkətlərdə təmsil edib. Və məsələ o həddə çatıb ki, Ceyhun Canıyev 12 milyon manat dələduzluqda ittiham olunaraq, həbs olunub. Amma işdə adı keçən Mikayıl İsmayılov nə məhkəməyə çağırılır, nə də onunla bağlı ölçü götürülür.

Məsələ ilə bağlı digər maraqlı araşdırmalarımız davam edir. Yazıda adı keçən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MƏZƏNNƏ
 Valyuta məzənnəsi