azia.az
azia.az

Ramazan Mirzəyev məmurları necə girova çevirib?-Teneder oyunlarının gizlinlərindən...

3-10-2018, 09:32

“Məmmədoğulları” şirkətinin sahibi Ramazan Mirzəyevdən ölkə mətbuatı çox yazıb.
LEGİON.AZ saytının redaksiyasına Ramazan Mirzəyevlə bağlı maraqlı məlumat daxil olduğu üçün, həmin məlumatı oxucularmızla bölüşməyi özümüzə borc bildik.
Belə ki, bu şəxs tenderlər qalibi olmaq üçün ölkənin bir çox məmurlarının yaxın qohumlarını öz şirkətində işlə təmin edir və bununla bir növ həmin məmurları öz girovuna çevirir.
Bu yazımızda həmin məmurlardan bir neçəsinin adını oxucularımıza təqdim edirik:
-Təhsil Nazirinin müavini Ceyhun Bayramovun əmisi oğlu Elməddin Bayramov Ramazan Mirzəyevin şirkətində çalışır.
Ramazan Mirzəyev məmurları necə girova çevirib?-Teneder oyunlarının gizlinlərindən...
-Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin xalası oğlu İlqar da Ramazan Mirzəyevin şirkətində işlə təmin olunub.
Məlumat üçün bildirək ki, ölkə mətbuatı nazir müavini Ceyhun Bayramovun və Nadir Qarayevin təhsil sahəsindəki tender əməliyyatlarından çox yazıb.
Bu tender əməliyyatları barədə bildirilir ki, bu tenderlərin böyük əksəriyyəti sadəcə kağız üzərində olur: “AzFakt.com hal-hazırda Maliyyə Nazirliynin tender maxinasiyalarını araşdırır və qeyd edək ki, bu sahədə doğrudan da korrupsiyanın səviyyəsi inanılmaz dərəcədə böyükdür. Maliyyə Nazirliyində və rayonlarda maliyyə nazirinin müavini Azər Bayramovun rəhbərliyi altında sözün həqiqi mənasında korrupsiya şəbəkəsi yaradılıb.
Mənbə bildirir Qərb regionunda şəbəkəyə onun həmyerlisi, “1 saylı Xəzinadarlıq idarəsinin” rəisi Nadir Qarayevin rəhbərlik edir.
Belə ki, N.Qarayev Qərb regionundan ildə milyonlarla manat vəsait toplayır. A.Bayramovun əsas gəlir mənbələrindən biri yerli icra hakimiyyətlərinə ayrılan vəsaitlərin xərclənməsini yoxlamaqdan əldə etdiyi bildirilir.
İddiaya əsasən A.Bayramovun göstərişi ilə icra hakimiyyətlərinin gördüyü işləri yoxlayan nümayəndə heyəti rayonlara ayrılan ümumi vəsaitin 5 faizini nəğd şəkildə alırlar və yoxlamalar bir qayda olaraq uğurla nəticələnir.
Mənbəmiz iddia edir ki, rayon maliyyə idarələrinin rəhbərliyi altında toplanan 5 faizin bir hissəsi birbaşa A.Bayramova çatır. Yerdə qalan hissəsi isə nazirə və digər idarə rəisləri arasında bölüşdürülür.
Bundan başqa A.Bayramovun himayəsində olan “1 saylı Xəzinadarlıq idarəsinin” rəisi N.Qarayev iri tenderləri udan «10 manatlıq MMC-lərdən» və hətta iri şirkətlərdən ayrılan vəsaitin 6 faizini nəğd şəkildə alır. N.Qarayev həmin vəsaitdə A.Bayramovun payı olduğunu açıq- aşkar deyir.
Mənbəmiz qeyd edir ki, A.Bayramovun adamının təyin etdiyi faizi verməyən yaxud gecikdirən şirkətlərə vəsait köçürülmür və onlar get-gələ salınır. Nazir müavinin göstərişi ilə ayrılan maliyyə vəsaitləri ilk öncə “Gədəbəy Qruplaşmasına” aid olan maliyyə idarələrinə köçürülür. Şərti adı «Gədəbəy qruplaşması» olan bu korrupsiya şəbəkəsinin başında duran A.Bayramovun özünün şəxsən bu qruplaşmanı yaratdığı iddia olunur.
Bundan başqa qruplaşmasının əsas simaları məhz A.Bayramovun həmyerliləridir ki, bunlara da məhz “1 saylı Xəzinadarlıq İdarəsinin” müdiri N.Qarayevin rəhbərlik etdiyi qeyd olunur. A.Bayramovun böyük korrupsiya şəbəkəsinin başqa bir qanadı isə Təhsil Nazirliyndə fəaliyyət göstərən şəbəkədir.
Mənbəmiz bildirir ki, həmin şəbəkəyə A.Bayramovun qardaşı Təhsil nazirinin müavini Ceyhun Bayramov rəhbərlik edir. C.Bayramov qardaşının dəstəyi ilə şöbələrinin bütün tenderlərinə nəzarəti həyata keçirir. Bu sahədəki tenderlərin sayı həddən artıq çoxdur.
Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə miqyasında hər bir təhsil şöbəsi ildə minimum 1-2 milyon manatlıq tender elan edirlər və bu tenderlərin böyük əksəriyyəti sadəcə kağız üzərində olur. Yəni ayrılan dövlət vəsaitləri 100 faiz mənimsənilir. Təkcə onu demək kifayətdir ki, ayrılan kağız üzərində həyata keçirilən tenderlərin 50 faizi Bayramov qardaşlarına nəğd olaraq çatdırılır. DİA.AZ”
-Hesablama Palatasının şöbə rəisi Firiş müəllimin əmisi oğlu Xəqani Abışov da Ramazan Mirzəyev tərəfindən şirkətdə işlə təmin olunub.
Ən maraqlısı isə Ramazan Mirzəyev tərəfindən Mirşahin Ağayevin qardaşı Rəşad Agayevin şirkətdə işlə təmin olunmağıdır. Hətta keçən il Türkiyədə baş vermiş 15 iyun hadisələrindən sonra Ramazan Mirzəyev Rəşad Ağayevi işdən qovmuşdur. Və iki aydan sonra Mirşahinə üzürxaxlıq edilmiş və o yenidən işə qaytarılmışdır.
Nardaran hadisələrində Ramazan Mirzəyevin dörd nəfər işçisi də həbs olunmuşdur. Ramazanın yaxınlarının dediyinə görə Nardaran hadisələri baş verəndə Ramazan böyük ümidlə yenilik gözləyərək hətta öz yaxın ətrafına tez-tez deyirdi ki, “Bilsəm ki, Azərbaycanda İslam dövləti yaranacaq ,mən bütün nəslimi həmin yolda qurban verərəm”.
Əldə etdiyimiz məlumata görə Ramazan Mirzəyev Masallı rayonunun Köçəkli kəndindəndir.
LEGİON.AZ saytına daxil olan məlumata görə Ramazan Mirzəyevin sahibi olduğu “Məmmədoğulları” şirkətinin əməkdaşlarının 90 faizi əmək müqaviləsi olmadan çalışırlar. Yəqin ki, bizim yazımızdan sonra Səlim Müslümov bu məlumata reaksiya verəcək.
Mənbənin bildirdiyinə görə Ramazan Mirzəyev fabrikdə İslam “dövləti” qurub.
Belə ki, kollektivdə namaz qılmayanlar dərhal işdən qovulur.
Mənbənin verdiyi məlumata görə Ramazan Mirzəyev tender əməliyyatlarından qazandığı 100 milyonlarla pulu ölkədən çıxardaraq Türkiyədə elektrik avadanlığı zavodu inşa edib. Həmin zavoda onun oğlu,Türkiyədə yaşayan Nicat Mirzəyev rəhbərlik edir.
Ramazan Mirzəyev məmurları necə girova çevirib?-Teneder oyunlarının gizlinlərindən...
Ramazan Mirzəyevin kürəkəni Vüsal Xəlilov MTN-də xidmət edib və Vidadi Zeynalov olayından sonra MTN-dən qovulub.
Vüsal Xəlilov DSX-nin təqaüddə olan tanınmış polkovniki Cəlil Xəlilovun qardaşı oğludur. Vüsal Xəlilova Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) yerləşən “Kontakt Home” mağazasının binası və “Emiliana Parati” oboy evinin binası Ramazan Mirzəyev tərəfindən hədiyyə edilib.
Məlumat üçün bildirək ki, Ramazan Mirzəyev oğlu Nicat üçün də tenderlərdən qazandığı milyonların hesabına Türkiyənin Zeytinburnu adlanan ərazisində 2 milyon dollara mənzil alıb.
Ramazan Mirzəyev tenderlərdən qazandığı milyonlar hesabına Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq evinin arxasında “İstehsal ərazisi” adlanan ərazidən hektarlarla torpaq sahəsi alaraq yeni fabriklər-anbarlar inşa edib və həmin obyektlərin qiyməti 100 miliyon dolları keçir.
Araşdırmamız davam edir, gələn yazımızda Ramazan Mirzəyevin ətrafına toplaşan və daha yüksək vəzifə gözləyən məmurların adlarını açıqlayacağıq.
Ramazan Mirzəyev məmurları necə girova çevirib?-Teneder oyunlarının gizlinlərindən...
Türkanda tikdirdiyi villaları hansı məmurlara hədiyyə etməsi, Mirşahin Ağayev üçün Badamdar qəsəbəsində tikib hədiyyə etdiyi villadan söz açacağıq.
Həmçinin Təhsil Nazirliyinin keçmiş şöbə rəisi Şahrza Əliyevin bacısı oğlu Bəhruzu kimə görə işdən qovub, ayfon 6( iPhone 6 ) məsələsi, 3 min manat əksik pul barədə sensasion məlumatları da oxuclarımıza təqdim edəcəyik.
Araşdırmamız hətta Ramazan Mirzəyevin ağcəbədili maliyyəçi dostunacan gedib çıxır.
Bundan başqa tenderlərdə süpürgə əməliyyatı –maya dəyəri 1manat 20 qəpiyə olan süpürgənin dövlətə neçəyə satılması barədə sensasion məlumatlar yalnız LEGİON.AZ saytında. mənbə:My Webpage
Sadəcə bizi izləyin...
Azerbaycaninfo.az olaraq adları çəkilən şəxs və qurumların fikirlərinə yer verməyə hazırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi