azia.az
azia.az

“İŞSİZ ADAM İDİM, 5 MMC AÇIB VERDİM ONLARA, HƏRƏSİNDƏN AYDA 100 MANAT ALIB DOLANIRDIM...”

23-09-2021, 09:18

“İŞSİZ ADAM İDİM, 5 MMC AÇIB VERDİM ONLARA, HƏRƏSİNDƏN AYDA 100 MANAT ALIB DOLANIRDIM...”
Xarici İşlər Nazirliyindəki “xırda-para” yeyintilərin yeni detalları açıqlandı
Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə, nazirliyin İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 “İŞSİZ ADAM İDİM, 5 MMC AÇIB VERDİM ONLARA, HƏRƏSİNDƏN AYDA 100 MANAT ALIB DOLANIRDIM...”
virtualaz.org-un xəbərinə görə, prosesdə şahid qismində dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan “Ofis aləmi” şirkətinin sahibi Asif Ağayev dindirilib. O, təqsirləndirilən şəxslərdən Səlim Əlizadəni tanıdığını, sonuncunun onlara məxsus mağazadan dəftərxana ləvazimatları aldığını deyib: “Bizdən mal alır, bəzi hallarda nağd ödəyirdi, bəzən də sonradan gətirib malın pulunu verirdi. Ötən il Səlim müəllim nazirliklə müqavilə bağlamağımızı istədi. Dedi ki, bundan sonra rəsmi qaydada işləyəcəyik. Müqavilə imzalandı, qiymətlər razılaşdırıldı, müəyyən məbləğdə pul köçürüldü”.

Səlim Əlizadə

Şahid istintaqa nə demişdi, məhkəmədə nə dedi...
 “İŞSİZ ADAM İDİM, 5 MMC AÇIB VERDİM ONLARA, HƏRƏSİNDƏN AYDA 100 MANAT ALIB DOLANIRDIM...”
Şahidin ifadəsinə görə, S.Əlizadə onun yanına gələrək xarici işlər naziri tərəfindən təmirlə bağlı tapşırıq verildiyini, bu səbəbdən pul lazım olduğunu deyib: “Bizim şirkətə nazirlik 60 min pul köçürdü. Biz isə nazirliyə 18 min manatlıq mal satmışdıq. Yerdə qalan pula da ilin sonunadək dəftərxana ləvazimatları verəcəkdik. Səlim müəllim pulu nağdlaşdırıb ona borc kimi verməyimi istədi. Dedi, nazirlik tapşırıb. Mən də 42 min manat pulu ona borc kimi verdim. Səlim müəllimlə bizim ofisdə görüşdük, özü gəlib pulu apardı”.

Şahidin istintaqdakı ifadəsi ilə məhkəmə verdiyi ifadələr arasında ziddiyyət yarandığından onun istintaqa verdiyi ifadəsi elan edilib. İstintaqda verdiyi ifadəsində A.Ağayev deyib ki, tender zamanı qalib elan edildikdən sonra Xarici İşlər Nazirliyi tərəfindən şirkətin hesabına 68 min manat pul köçürülüb. Həmin pulun 18 min manatı avadanlıqlara xərclənib, yerdə qalan məbləğ bank hesabından çıxarılıb, nağdlaşdırıb, XİN əməkdaşı S.Əlizadəyə verilib.



S.Əlizadə deyib ki, katriclər və digər dəftər ləvazimatlarını “Ofis aləmi” mağazasından alıblar. Dəftər ləvazimatları üçün ayrılan 42 min manat pula gəlincə isə həmin məbləğ ustalara verilib.

“O puldan mənə bir manat da çatmayıb...”

Daha sonra şahid qismində Ramin Hüseynov dindirilib. O, təqsirləndirilən şəxslərin heç birini tanımadığını deyib. İfadəsində dayısı Zeynal Nağıyevin arvadı Sevdanın adına şirkət olduğunu, onun adının həmin şirkətə xəzinədar kimi qeyd etdiklərini deyib: “Dayım dializ xəstəsi idi. Mən özüm iki dəfə bankdan pul çıxarmışam. Bir dəfə 129 min, bir dəfə isə 97 min manat pul çıxardıb Asif (Təqsirləndirilən şəxsin dediyini görə, Asif suvenirlərlə məşğul olan şöbədə işləyib və üç il öncə rəhmətə gedib-red.) adlı şəxsə vermişəm. Onun müqabilində bizə 2500 manat pul verildi. Ondan da bir qismi vergiyə ödənildi. Yerdə qalan 800 manat isə dayımın dərmanlarına, müalicəsinə xərcləndi. O puldan mənə bir manat da çatmayıb. Bir müddət sonra şirkəti bağlatdırdıq".

5 MMC açıb dolanan işsiz

Prosesdə dindirilən Mürvət Vəlişov isə adına 5 MMC açılıdığını söyləyib: “İşsiz adam idim. Rəsmiyyə Qazıyevə adlı tanış qadına etibarnamə verdim, bütün işləri özü həll eləyirdi. Hər ay şirkətlərin hər birinə görə 100 manat alır, dolanırdım. Son dövrlər Rəsmiyyə pulu vermirdi, narazılığımız yarandı. Ona görə də şirkətləri ondan geri aldım. Hazırda Rəsmiyyənin harada olduğunu bilmirəm. Maraqlandım ki, şirkətlərin 8 min manat vergi borci yaranıb”.



Tərəflərin suallarını cavablandıran şahid istintaqa verdiyi ifadəsini təsdiq edib. 2017-ci ilin may ayından 2018-ci ilin sonuna kimi hər bir şirkət üçün 100 manat aldığını etiraf edib.

“Şirkətlərin nə işlə məşğul olduğunu bilməmişəm. İstintaqa çağırılanda bilmişəm ki, çirkli işlərlə məşğul olublar. Mən də banka gedib xahiş etdim ki, heç bir əməliyyat aparılmasın”-şahid qeyd edib.

Prosesdə dindirilən digər şahid "Ofis Aləmi" MMC-nin işçisi Sabbar Cəbrayılov olub. O, ifadəsində S.Əlizadəni tanıdığını, onların mağazasından mal aldığını deyib: “Biz sonradan Xarici İşlər Nazirliyi ilə müqavilə bağladıq. Hesabımıza pul köçürdülər. Sənədləri mən yazırdım. Onlara 18 min manatlıq mal satmışdıq. Bizə 60 min manat pul köçürtmüşdülər. Başqa məsələlərdən mənim xəbərim olmayıb".

Məhkəmə prosesi sentyabrın 29-da davam edəcək.

İ.Rafiqqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi