azia.az
azia.az

“Laba Mübariz” və “Veysəloğlu Aydın” “Şərurlu İsfəndiyar”ı niyə tənbeh etmir?

21-08-2021, 09:38

“Laba Mübariz” və “Veysəloğlu Aydın” “Şərurlu İsfəndiyar”ı niyə tənbeh etmir?
Mən əslən Şərur rayonundanam. Bilirsiniz ki, Azərbaycanda adamın məhz hansı rayondan olduğunu tez-tez soruşurlar.

Artıq neçənci dəfədir şərurluyam deyən kimi, “Şərurlu İsfəndiyarın yerlisisən?” sualını verirlər. Yəqin ki, söhbətin hansı İsfəndiyardan getdiyini bildiniz.

Bu şəxs adının qabağına böyük bir rayonun adını yapışdırıb özünə və doğmalarına milyonlar yığmaqla məşğuldu. İş burasındadır ki, öz əməlləri ilə rayonun adını hörmətə mindirmir, əksinə, biabır edir.

İstəsəniz internet axtarış sistemində bu adla bağlı sorğu verib yoxlaya bilərsiniz. Qarşınıza ancaq İsfəndiyarın pis əməllərilə bağlı ; “Şərurlu İsfəndiyar bir evi 3 adama satdı”, “ Vətəndaşlar Şərurlu İsfəndiyardan verdikləri pulu ala bilmir” və buna bənzər məlumatlar çıxacaq.

Onda sual oluna bilər: İsfəndiyar bir rayonun adını batırırsa, niyə bununla bağlı həmin rayonun hörmətli adamları ona öz iradını bildirmir? İş burasındadır ki, mən buna kəskin etiraz etmişəm hətta bir neçə yazı da yazmışam.

Yenə dərhal həmkarlarımız hərəkətə keçdi və gedib İsfəndiyardan müsahibə götürdülər. Dedi ki, ona heç Şərur adı lazım deyil, sadəcə, adamlar onu iradəsindən xaric belə çağırır.

Həmin müsahibəsində bildirdi ki, onun əsli heç şərurlu deyil. Həm də etiraf etdi ki, yazıb oxumağı belə bacarmır, ancaq kifayət qədər pulu var.

Hətta bütün nəvə – nəticələrinə bəs edəcəyini bildirdi. Dediklərinin hamısı düzdür, bir şərurlu adını öz istəyilə kleyləmək istəmədiyindən başqa. İsfəndiyar məhz Şərur adından istifadə edərək çoxlu pul qazanmağı bacarıb.

“Naxçıvan klanı”nın hakimiyyətdə güclü olduğu vaxt məhz regional amilə görə, Ramiz Mehdiyevin patronajı altında fəaliyyət göstərib.

2000-ci illərin ortalarında Şahin adlı oğlu Türkiyə səfirliyinin qabağında avtomatla atışma etdi.

Çox az müddətdən sonra azadlığa buraxıldı. Təbiidir ki, güclü himayəsi olmadan bu hoqqalardan çıxmaq mümkün deyildi.

Himayədarlarının hakimiyyətdən getməsi heç də o anlama gəlmir ki, İsfəndiyar zəifləyib. Yəqin ki, özünə yeni “krışa” tapıb işini görür.

Mənə elə gəlir ki, bu məsələdə bizə əslən Şərurdan olan “Laba” ləqəbli Mübariz Pənahov kömək edə bilər.

Mübariz müəllim də əslən Şərurludu və pulu İsfəndiyardan da çoxdu. Yadımdadır ötən əsrin 90-cı illərin əvvəllərində Mübariz Naxçıvanda İsfəndiyarı yaxşı döyüb.
“Laba Mübariz” və “Veysəloğlu Aydın” “Şərurlu İsfəndiyar”ı niyə tənbeh etmir?

Söhbət Mübarizin ələ keçirdiyi muzeyin damının təmiri ilə bağlı olmuşdu. Həmin vaxt Mübariz Şərur rayon diyarşunaslıq muzeyini özünə idman zalı etmişdi. İsfəndiyar da tikinti idarəsindən birinə rəhbərlik edirdi.

Onda Mübarizin binanın damını təmir etmək tələbini geri çevirmək onun döyülməsi ilə nəticələndi. Həmin hadisədən sonra, İsfəndiyar müəllim Şəruru tərk edib, Bakıya köçdü. “Laba” deyirdi ki, əli yüngüldü, kimi döyürsə, həmin adam qaçıb gedir Bakıda milyoner olur.

İndi yaxşı olar ki, Mübariz müəllim gedib İsfəndiyardan bu biabırçılığa son qoymağı tələb etsin. Bəlkə ondan çəkinib, xeyrxah işlərlə məşğul olmağa başlaya.

Şərurdan olan başqa bir tanınmış iş adamı da var. “Veysəloğlu” Şirkətinin prezidenti Aydın Talıbov. Həm Aydın bəy, həm də İsfəndiyar müəllim eyni kəndəndirlər.


İş burasındadır ki, Aydın müəllimin adı İsfəndiyar kimi mənfi reputasiyada hallanmır. Kifayət qədər də xeyriyəçiliklə məşğuldur. Ancaq heç vaxt nəinki rayonunun adının , heç öz kimlyinin də reklam olunmasını istəməyib.
“Laba Mübariz” və “Veysəloğlu Aydın” “Şərurlu İsfəndiyar”ı niyə tənbeh etmir?
Yalnız mən bir neçə tənqidi məqalə yazandan sonra Aydın müəllim çıxıb ictimaiyyət qarşısında müsahibə verdi. Mən sözügedən adları ona görə çəkirəm ki, bu adamları da doğulub boya-başa çatdıqları rayonun adının pis mənada hallanması narahat etməlidir.

Mənim gücüm bu məsələni ictimailəşdirməyə çatır. Bunu da edirəm. Qalanını “Laba” ilə Veysəl kişinin oğlu Aydının öhdəsinə buraxıram.

Məhəmmədəli QƏRİBLİ,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi