azia.az
azia.az

Almaniyanın Bakıdakı səfirliyi Oxçuçayı çirkləndirən alman şirkəti haqda sorğuya cavab verdi

1-07-2021, 13:08

Almaniyanın Bakıdakı səfirliyi Oxçuçayı çirkləndirən alman şirkəti haqda sorğuya cavab verdi

Almaniyanın Bakıdakı səfirliyi mənbəyini Ermənistan ərazisindən götürən və Zəngilan ərazisindən keçərək Araz çayına birləşən Oxçuçayı çirkləndirən alman şirkəti barədə redaksiyamızın sorğusuna cavab verib. Səfir Volfqanq Maniqin adından haqqin.az və virtualaz.org saytlarının redaksiyasına daxil olmuş məktubda deyilir ki, səfirlik Azərbaycan KİV-lərinin transsərhəd çayların çirkləndirilməsi mövzusuna bu cür diqqət ayırmasını alqışlayır və buna görə təşəkkür edir. Lakin çayı çirkləndirən Zəngəzur mis-molibden kombinatının səhmdarı olan Almaniya şirkəti “Cronimet Holding” hazırda bu regionda işləmir.



Xatırladaq ki, Oxçuçayda ekoloji fəlakətin miqyası Zəngilan işğaldan azad olunandan sonra mütəxəssislərin apardıqları araşdırmalardan sonra üzə çıxıb. Çayı çirkləndirən və ora zəhərli maddələr axıdan isə Ermənistandakı Zəngəzur mis-molibden kombinatı və Qafan dağ-mədən kombinatıdır. Məlumatlara görə, Qacaran yatağında hasilat işləri aparan Zəngəzur mis-molibden kombinatı “Cronimet Holding GmbH” alman şirkətinin törəmə müəssisəsidir.
Almaniyanın Bakıdakı səfirliyi Oxçuçayı çirkləndirən alman şirkəti haqda sorğuya cavab verdi
Almaniyanın Bakıdakı səfirliyi Oxçuçayı çirkləndirən alman şirkəti haqda sorğuya cavab verdi
Bununla əlaqədar olaraq redaksiyamız Almaniyanın Bakıdakı səfirliyinə, bu ölkənin Xarici İşlər Nazirliyinə sorğu göndərmişdi.

Qeyd edək ki, son illərdə Almaniya KİV-lərində Azərbaycana qarşı qərəzli məqalələr artıb və bir qayda olaraq bu məqalələrdə Azərbaycan hökumətinin mövqeyinə yer verilmir. Lakin redaksiyamız jurnalist etikasını və demokratik normaları əsas tutaraq bu məsələdə Almaniya hökumətinin mövqeyini dərc edir.



Səfirliyin bəyanatında bildirilir: “Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan KİV-lərinə transsərhəd çayların çirkləndirilməsi probleminə diqqət ayırdığı üçün minnətdarlıq edir. Səfirliyə alman KİV-lərinin işıqlandırdığı konkret məsələ barədə məlumdur. Məsələn, 2019-cu ilin aprelində erməni ekoloji fəalları müxtəlif dağ-mədən şirkətlərinə qarşı etiraz aksiyaları keçiriblər. Almaniya səfirliyi Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında sərhədboyu əməkdaşlığı dəstəkləyir. Azərbaycanlılarla ermənilər arasında ətraf mühitin transsərhəd müdafiəsi sahəsində əməkdaşlıq aydın nümayiş etdirir ki, təmiz ətraf mühitə qarşılıqlı maraq azərbaycanlılarla erməniləri son onillərin münaqişələrindən daha çox birləşdirir”.

Bəyanatda daha sonra deyilir ki, Almaniyanın Bakıdakı səfirliyinin məlumatına əsasən Ermənistandakı mədən şirkətinin səhmlərinin sahibi olan alman şirkəti öz payını 2019-cu ilin sonlarında yerli investorlara satıb. Ona görə də Oxçuçayda zəhərli maddələrin miqdarının artmasına mədən şirkətinin yeni səhmdarları izahat verməlidir.

“Almaniyanın Bakıdakı səfirliyi bu sahiblər haqda informasiyaya malik deyil. Federal hökumətə Azərbaycan hökumətinin bu məsələyə müdaxiləsi barədə heç nə məlum deyil. Almaniya Bundestaqının üzvləri də hökumətə bu məsələ ilə bağlı müraciət etməyiblər”,-səfirlik bildirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi