azia.az
azia.az

Bu faşist düşüncəli və xəstə təxəyyülü adam necə ölkə prezidenti olub?

17-02-2021, 11:30

Bu faşist düşüncəli və xəstə təxəyyülü adam necə ölkə prezidenti olub?

Serj Sarkisyan: "Azərbaycanın Horadiz yaşayış məntəqəsi və neft-qaz kəmərləri "İskəndər"lərlə vurulmalı idi"
Ermənistanda siyasi gərginlik pik həddə çatır. Fevralın 20-də elan olunmuş ümumxalq mitinqinə etirazçı yığmaq üçün keçmiş prezidentlər və baş nazirlər bütün vasitələrə əl atırlar.
Azia.az xəbər verir ki, bunu ADR hərəkatının rəhbəri Qubad İbadoğlu yazıb.
Daha sonra Qubad İbadoğlu yazır, Erməninstanın 3-cü prezidenti Serj Sarkisyan "Armnews" telekanalına müsahibəsində deyib ki, "Bəs niyə Azərbaycan ərazisinə zərbələr vurulmadı? Onların cavab zərbəsindən qorxduqlarını düşünə bilərəm. Bəlkə də eyni dəqiqlik və məsafə ilə deyil, ancaq müharibənin dördüncü və ya beşinci günlərində "İskəndər"dən istifadə olunmalı idi. Bu silahdan Azərbaycanın Horadizdə və digər bölgələrdə çox sayda canlı qüvvə topladığı zaman istifadə olunmalı idi."
Bununla yanaşı, Serj Sarkisyan deyib ki, "İskəndərlər bunun üçün nəzərdə tutulub. Nədən neft və qaz infrastrukturunun uzun mənzilli silahlarla vurulmadığını da anlamıram. Mən demirəm ki, ilk hədəf boru kəmərləri olmalı idi. Amma bu raketləri niyə aldıq? Onları lazımi vaxtda istifadə etməmək üçün? İskəndərlər bizimdir, bu cür silahlar verilən yeganə müttəfiq bizik, amma istifadə edilmədi.
Serj onu da bildirib ki, əldə etdiyi etibarlı məlumata görə, İskəndərlərdən yalnız müharibənin sonunda istifadə edilib və onlardan Şuşaya atəş açılıb.
P.Ş. Maraqlıdır, bu faşist düşüncəli və xəstə təxəyyülü adam necə ölkə prezidenti olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi