azia.az
azia.az

"Xəmsə" restoranında milyonlar silinib" - Əli Həsənovun dəstəsinin cinayətləri

12-02-2021, 19:32

"Xəmsə" restoranında milyonlar silinib" - Əli Həsənovun dəstəsinin cinayətləri

"Azərbaycan Respublikası Prokurorluğunun KİVDF ilə bağlı aparılan cinayət işi üzrə məlumatını oxudum. Uzun sürən susqunluqdan sonra Prokurorluğun bu cinayət işi barədə verdiyi məlumatı alqışlayıram və hesab edirəm ki, bu məlumatlar daha çox və ətraflı olmalıdır. Ona görə ki, Azərbaycan mədəniyyətini, mətbuatını, jurnalistikasını məhv edən Əli Həsənov dəstəsinin törətdiyi cinayətlər, mənimsədiyi milyonlar bu bəyanatda göstərilənlərdən onlarla dəfə çoxdur. Bilirəm ki, prokurorluqda peşəkar, işini bilən müstəntiqlər çoxdur və onlar bu dəstənin cinayətlərini tək KİVDF-də olan yeyintilərlə yekunlaşdırmayacaq".

Azia.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

"Bu dəstənin xalqdan oğurladıqları milyonlarla yox, milyardlarla ölçülür və bunlar tək KİVDF-də olmayıb. Yüzlərlə, minlərlə Xalqa məxsus obyektlər su qiymətinə özəlləşdirilərək mənimsənilib, yüzlərlə mənzil öz qohumlarına, dostlarına, yaxınlarına, reket dəstələrinə rüşvət müqabilində, yaxud hədiyyə kimi verilib. KİVDF-nin Ə.Həsənovun restoranı kimi tanınan, onun iş ortağı olan Mürvət Həsənliyə məxsus "Xəmsə" restoranında keçirilən tədbirlərinə milyonlar silinib", - deyə hüquqşünas qeyd edib.

A.İsmayılov vurğulayıb ki, ən əsası prokurorluq orqanları Ə.Həsənovun qurduğu sxem üzrə KİVDF-nin ayrı-ayrı nazirliklər, rayon icra hakimiyyətləri ilə keçirdikləri və yeyinti mənbəyi olan tədbirləri araşdırmalıdırlar:

"Belə təbirlər guya nazirliklərin, rayon icra hakimiyyətlərinin işlərinin öyrənilməsi və təşviq edilməsi məqsədi daşıyıb. Əslində isə bu tədbirlər Ə.Həsənovun nazirlərdən, rayon icra hakimiyyətlərindən haqq alması məqsədi daşıyıb. Bu tədbirlər zamanı 3-5 min manat dilənçi vəziyyətinə salınmış jurnalistlərə guya müsabiqənin nəticəsi kimi verilirdisə, yüz minlər birbaşa Ə.Həsənov və onun dəstəsinə çatırdı. Belə tədbirlərin keçirilməsindən, haqq verməkdən imtina edən nazir, ya icra başçıları isə Ə.Həsənovun reket dəstəsi tərəfindən linç edilirdi".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi