azia.az
azia.az

"Dövlət bizə sayğac vermir, gedin dövlətdən tələb edin"- Su Kanal Təsərrüfat Birliyi…

28-07-2020, 11:55

"Dövlət  bizə sayğac vermir, gedin dövlətdən tələb edin"- Su Kanal Təsərrüfat Birliyi…

Azia.Az xəbər verir ki, Binəqədi rayon sakinləri Su Kanal Təsərrüfat Birliyinin yarıtmaz fəaliyyətindən artıq cana doyub. Bu idarənin vəzifəsi suyun vaxtında verilməsi, qəza hallarının aradan qaldırılması, abonentlərin problemlərinin həlli, şikayətlərinin təmini, sayğacların yoxlanılıb vaxtında dəyişdirilməsi, göstəricilərin bildirişdə düzgün göstərilməsinə nəzarət və su ilə bağlı bir sıra məsələlər olsa da xidmətləri alver və abonentlərin cibinə girmək üstündə qurulub. Sayğaclar abonentin ünvanına 22 azn dəyərində qiymətləndirilib, ancaq ödənişdən sonra quraşdırılır. Şəxsən öz adımdan deyə bilərəm ki, mənim mənzilimə iki dəfə sayğac quraşdırılıb, hər ikisində də məbləğ ödəmişəm. Halbuki ilk dəyişdirilən sayğac artıq istifadə müddətini 7 il idi başa vurmuşdu, amma su axıdana qədər dəyişdirilməmişdi. Həmin sayğacı dəyişib yenisinin quraşdırılacağı adıyla məndən 22 azn alıb, laboratoriyadan hansısa abonentin evindən çıxmış sayğacı üç gün sonra yenidən yaşadığım ünvana bərpa etdilər.

Sayğacın köhnə olma nədənini soruşanda:" dövlət bizə sayğac vermir, gedin dövlətdən tələb edin" - cavabını aldım. İki ay keçmədən sayğac xarab oldu və mən yenidən idarəyə müraciət etmək məcburiyyətində qaldım. İdarədən yeni sayğac gətirib yenidən mənə 22 manat ödətdirmək şərti ilə sayğacı quraşdırdılar. Səhərisi günü idarəyə gedib borcum olmadığı haqqında arayış tələb etdim. Bütün bu hadisələr baş verən müddətdə mən və mənim kimi bir çox abonentlərin müdriyyətlə görüşüb problemlərini deməsinin hər vəchlə qarşısı alınırdı.

Bina evində hər gün iki saat axşam su verilməklə hər ay 40 ton israf göstəricisi ilə bildiriş alıram. Suyun bu qədər israfının heçdə normal olmadığını idarəyə bildirsəm də onlar tərəfdən heç bir problem olmadığını: " Nə işlətmisiniz o da yazılıb", -cavabını aldım. Sonra binanın sakinlərindən bu barədə soruşanda onlarında bu məsələ ilə bağlı şikayətlərini eşitdim. Artıq bir neçə gündür ki, bu işin yoluna qoyulması üçün 955 çağrı mərkəzinə müraciət etsəm də heç bir xəbər yoxdur. Eyni zamanda idarədə çalışan Vəli adlı bu işə məsul şəxslə əlaqə saxladım. Baxmayaraq ki, mənə ötən il borcum olmadığı haqqında arayış təqdim olunub, deyir ki, ötən illərdən qalan borc indiki aylıq borcun üstünə gəlir və yeni sağac quraşdırılanda üstündə neçə kubsa əlavə göstərici olub. Hansı ki, hər kəs bilir ki, yeni sayğac ancaq borc tamamilə ödənildikdən sonra qoyulur. İdarəyə getdim borclarla bağlı şöbədə aparıcı işçi Əziz adlı şəxsə iradımı bildirəndə eyni otaqda oturduğu həmkarının dediklərini təkzib edib, mənim göstərilən məbləği ödəməli olduğumu dedi.

Bundan aylar öncə də hər ay sayğacda göstəricinin artıq yazılması, su idarəsinin sayğac "bazarı" açması ilə bağlı birbaşa Azərsu Qapalı Səhmdar Cəmiyyətinin Prezidentinə 4 dəfə şikayət məktubu yazsamda tədbir görülməsi o yana, heç reaksiya verməyi belə özlərinə borc bilməyiblər. Məcburiyyət qarşısında qalıb sayğacın şəklini çəkib bildirişi götürüb Binəqədi rayon Su Kanal Təsərrüfat Birliyinin borc şöbəsinə getdim. Şöbənin rəhbəri əvvəl qışqır-bağır salsa da, sonradan artıq məbləği cibindən çıxarıb mənə qaytarmağa məcbur oldu. Əgər haqlı idilərsə, məbləği nə səbəbə qaytarırdı? Həmin vaxtdan borc hər ay bir az da artırılır.
Biz sakinlər Korrupsiya idarəsinə yazılı şəkildə artıq yazılan məbləğlərlə, sayğacların abonentlərə satılması ilə bağlı müraciət etmək fikrindəyik. Bu yazını yazmaqda məqsədim odur ki, digər abonentlərdə çəkinmədən öz etirazlarını bildirsinlər ki, bu idarə ilə bağlı lazımi səviyyədə tədbir görülsün. Onu da bildirim ki, qurum tərəfindən tədbir görülməyəcəyi halda bütün informasiya orqanlarında silsilə yazılar gedəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi