azia.az
azia.az

Dövlət Sərhəd Xidməti xəbərdarlıq edir: Azərbaycanın Gürcüstanla sərhədində təxribat hazırlanır

4-06-2020, 12:12


Dövlət Sərhəd Xidməti xəbərdarlıq edir: Azərbaycanın Gürcüstanla sərhədində təxribat hazırlanır
Dövlət Sərhəd Xidməti xəbərdarlıq edir: Azərbaycanın Gürcüstanla sərhədində təxribat hazırlanır
İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub.

Dövlət Sərhəd Xidmətindən virtualaz.org-a verilən xəbərə görə əldə olunan məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi