azia.az
azia.az

DTX-nin saxladığı rəis müğənnilərə ŞƏRTLƏR QOYUBMUŞ – ŞOK FAKTLAR

22-05-2020, 14:29





DTX-nin saxladığı rəis müğənnilərə ŞƏRTLƏR QOYUBMUŞ – ŞOK FAKTLAR
Məlum olduğu kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
 DTX-nin saxladığı rəis müğənnilərə ŞƏRTLƏR QOYUBMUŞ – ŞOK FAKTLAR
Rəsmi açıqlanmasa da, ilkin məlumata görə, əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov da var.

Minval.info “qafqazinfo”ya istinadən xəbər verir ki, Cəlil Məlikov vəzifə təklifi ilə əlaqədar bir çox mədəniyyət üzvü ilə dəfələrlə təkbətək görüşlər keçirib. Belə ki, o, həmin şəxslərə bölgələr və ya Bakı ərazisində fəaliyyət göstərən mədəniyyət evlərində rəhbərliyə gətirilmə ilə bağlı müəyyən vədlər verib.

Qarşılığında isə onlara şərt qoyub. Belə ki, direktor seçiləcək incəsənət üzvü təyin olunduğu idarənin bütün təmir işləri ilə bağlı maliyyə məsələlərini öz üzərinə götürməli imiş.

Bildirək ki, bu təkliflə razılaşan tanınmış simalar da az deyil, onların arasında artıq vəzifəyə təyin olunmuşlar da var.

Məlum olub ki, C. Məlikov hesabatlarında təmirə ayrılan maliyyənin nazirliyin büdcəsindən xərcləndiyini qeyd edib.

Xatırladaq ki, ötən gün nazirlikdə əməliyyat aparılan zamanı nazir Əbülfəs Qarayev də binada olub. C. Məlikovdan başqa, nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətovun da saxlanıldığı bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi